Modern.az

Xırdalanda təcili yardım maşını aşdı - VİDEO

Xırdalanda təcili yardım maşını aşdı - VİDEO

25 Noyabr 2023, 13:09

Abşeron rayonu Xırdalan şəhərində təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, şəhər ərazisindəki işıqforun qarşısında “Hyundai” markalı minik avtomobili ilə “Fiat” markalı operativ nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən təcili tibi yardım avtomobili aşıb.

 

 

Qəza yerindən görüntülər sosial mediada yayılıb.

 

Qeyd edək ki, ötən gün paytaxtın Binəqədi rayonu Adil Məmmədov küçəsində də təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?