Modern.az

Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə yatırdıqları investisiyalar... - SİYAHI

Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə yatırdıqları investisiyalar... - SİYAHI

Qarabağ

11 Sentyabr 2013, 14:30

Ermənistan Hökuməti Dağlıq Qarabağda məskunlaşdırmanı sürətləndirmək üçün xarici ölkə şirkətlərinin fəaliyyətindən yararlanır

Amerikal? professor: Susan?n isgal? Erm?nistan?n az?rbaycanl?lara qars? q?ddar etnik t?mizl?m? kampaniyas?n? simvoliz? edir

Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistan Respublikası tərəfindən vurulan itki və tələfatların araşdırılması prosesi zamanı aparılan tədqiqatlar nəticəsində maraqlı nüanslar ortaya çıxır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin  axtarışları nəticəsində  məlum olmuşdur ki, Ermənistan Hökuməti 1999-cu ildən etibarən bir çox xarici ölkə şirkətlərini Qarabağa investisiya yatırmağa sövq edə bilmişdir. Bu şirkətlərin bir çoxunun Qarabağdakı fəaliyyəti rəsmi şəkildə qeyd olunmasada, faktiki olaraq rəsmi qeydiyyatda olan təşkilatların fəaliyyətində maraqlı nəticələr qeydə alınmışdır. Belə ki, Ermənistan da daxil olmaqla Qarabağda rəsmi şəkildə fəaliyyət göstərən 24 şirkət hər il  özlərinin Qarabağdakı istehsal müəsisələrinə 35,096,500$ investisiya yatırır, bunun da hesabına  Qarabağda 1325 daimi iş yeri açılıb.  

Qarabağda fəaliyyət göstərən xarici ölkələrin şirkət rəhbərləri  eyni zamanda burada özlərinin 6 törəmə yəni yerli müəsisələrini də yaradıblar. Belə ki onlar bu törəmə müəsisələrə hər il 2,745,300$ investisiya yatırmaqla onlar burada daha 400 nəfərlik daimi iş yeri yaratmağa nail olublar. Bu qeyri-qanuni fəaliyyət nəticəsində xarici şirkətlər tərəfindən hər il   Qarabağa 37 841 800$ investisya qoyulur, bu isə  işğal altında olan bölgədə 1725 daimi iş yerinin yaranmasına səbəb olmuşdur. Nəzərə alsaq ki, bu fəaliyyət ilbəil genişlənir və inkişaf edir, eyni zamanda ərazidə xeyli sayda qeyri rəsmi fəaliyyət göstərən xarici şirkətlərin də fəaliyyətini nəzərə alsaq onda Qarabağda ermənilərin məskunlaşdırma siyasətinin nə qədər ciddi olduğunu görərik.

İşğal altındakı ərazilərimizdə fəaliyyət göstərən xarici şirkətlər əsasən telekommunikasiya, parket kafel istehsalı, tikinti materiallarının və kənd təsərrüfatı məhsullarının istehsalı, ağac emalı və digər fəaliyyət növləri ilə məşğul olurlar ki, bu da Ermənistanın işğalı altında olan ərazilərimizdəki təbii resurslarımızın vəhşicəsinə dağıdılmasına və qarət edilib aparılmasına şərait yaradır. Bütün bu olanlara göz yummaq, laqeyid münasibət bəsləmək ərazilərimizin, dədə-baba qəbirlərinin sürətlə və tamamilə erməniləşdirilməsinə gətirib çıxara bilər.

Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq aşağıda Qarabağda fəaliyyət göstərən xarici şirkətlərin bir qrupunun siyahısını onların işğal altındakı ərazilərimizdə hansı sahədə fəaliyyət göstərdiklərini, hər il nə qədər investisiya qoyduqlarını, hansı ölkəyə mənsub olduqlarını təqdim edirik. Əlbəttə tam əminliklə bildiririk ki, Qarabağda fəaliyyət göstərən şirkətlərin sayı bizə məlum olanlardan qat-qat çox ola bilər. Bunu bizim gələcək tədqiqatlarımızın nəticələri göstərəcəkdir.

Xarici ölkələrin aparıcı şirkətləri tərəfindən Dağlıq Qarabağa qoyulan   investisiyalar və yaradılan iş yerlərinin miqdarı. (1999-2012)

 

Şirkətlərin adları

 

İnvestisiyanın miqdarı

Yaradılan iş yerlərinin sayı

 

Fəaliyyət sahəsi

 

Ölkələrin adları

Xarici ölkə şirkətləri tərəfindən qoyulan investisiyalar

1. Karabakh Telecom Co

$15,000,000

30

telekommunikasiya

Livan

2. ATA-Vank-Les Co.

$1,500,000

120

Parket, kafel istehsalı

ABŞ

3. Sirkap Armenia Co

$1,500,000

50

Otel biznesi

İsveçrə

4. Haik Watch and Jewelry Co.

$1,200,000

118

Zərgərlik malları

İsveçrə

5. ArtsakhBank Co.

$1,000,000

 

Bankçılıq

İsveçrə

6. Sirkap Armenia Co.

$650,000

85

Tikinti materialları

İsveçrə

7. Iceberg-A

$500,000

9

Soyutma sistemləri

Rusiya

8. Arvard Co.

$380,000

37

Süd məhsulları

ABŞ

9. Shishmanian Ltd.

$350,000

20

Qida emalı, makaron istehsalı

Monako

10.Andranik Shpon Co.

$340,000

25

Ağac emalı

İsveçrə

11. Mika Ltd.

$287,000

 

Şərabçılıq

Birləşmiş Kralliq

12. Australia Nairi Ltd.

$200,000

17

Otel biznesi

Avstraliya

13. Yerkir Tour Co.

$200,000

19

Otel biznesi

ABŞ

14. Sasun Co.

$123,000

12

Polietilen boru istehsalı

İran

15. Minasian Co.

$100,000

35

Xalça istehsalı

ABŞ

16. Oil Cracking Co.

$100,000

20

Neftayrıma

Rusiya

17. Artsakh Gorg Ltd.

$50,000

45

Xalça istehsalı

ABŞ

18. Stepanakert Bread Factory Co.

$26,000

 

Çörək, makaron məmulatları

ABŞ

 

CƏMİ

 

$23,506,000

 

642

 

 

           

 

Ermənistan Respublikası tərəfindən qoyulan investisiyalar.

Base Metals Ltd.

$10,000,000

320

Metal mədənləri

Ermənistan

ArtsakhCable Co.

$500,000

23

Kabel istehsalı

Ermənistan

Nairi Ltd.

$442,600

150

Şərabçılıq

Ermənistan

Lusakert Ltd.

$300,000

150

quşçuluq

Ermənistan

ArmTechnoMashExport Co.

$203,600

 

Müalicəvi çay istehsalı

Ermənistan

Max Wood Ltd.

$144,300

40

Ağac emalı

Ermənistan

 

Cəmi

 

$11,590,500

 

683

 

 

Qarabağın təbii resurslaı hesabına yaradılan yerli şirkətlər

Artsakh Alco CO.

$1,500,000

96

Şərab, araq və spirt istehsalı

 

Shoe Factory Co.

$494,300

114

Geyim istehsalı

 Qarabağ

Varanda Co.

$260,000

30

Çəllək istehsalı

 Qarabağ

Urartu

$160,000

70

Almaz cilalama

 Qarabağ

GF Ltd.

$130,000

18

Mebel istehsalı

 Qarabağ

Arj Co.

$85,000

25

Konserv istehsalı

 Qarabağ

Dvin Ltd.

$70,000

18

Quşçuluq

 Qarabağ

Narek Co.

$46,000

29

Konserv istahsalı

 Qarabağ

 

Cəmi

 

$2,745,300

 

400

 

 

Ümumil cəmi

$37 841 800

1725

 

 

Faiq İsmayılov
Tədqiqatçı-ekspert

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB