Modern.az

Vətəndaşlar silahları polisə təhvil verdilər

Vətəndaşlar silahları polisə təhvil verdilər

Ölkə

26 Noyabr 2023, 14:57

Göygöldə vətəndaşlar odlu silahları polisə təhvil veriblər.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

 

Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan, müxtəlif marka və kalibirli 5 ədəd ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam edtirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama