Modern.az

Tanınmış meyxanaçının vəziyyəti yaxşı deyil - VİDEO

Tanınmış meyxanaçının vəziyyəti yaxşı deyil - VİDEO

26 Noyabr 2023, 19:54

“Ağakərimin vəziyyəti demək olar ki, yaxşı deyil. 7 ilə yaxındır ki, o, yataq xəstəsidir. Ağakərim nə otura, nə dura bilir”.

 

Modern.az xəbər verir ki, bunu meyxanaçı Ağamirzə Məmmədov qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

 

60 yaşlı söz xiridarı bildirib ki, yataq xəstəsi olan həmkarı Ağakərimin qulluğunda övladları durur:

 

“Ağakərimə övladları baxır. Halal olsun onlara. Ağakərim insanları tanımır. O, illər əvvəl insult keçirib. Şəkər xəstəsidir, təzyiqi var”.

 

Meyxanaçı efirdə digər həmkarları ilə bağlı da danışıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi