Modern.az

Şagirdlər toqquşdu - Müəllimə töhmət VERİLDİ

Şagirdlər toqquşdu - Müəllimə töhmət VERİLDİ

Təhsil

26 Noyabr 2023, 20:58

Bakıda 90 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı məlumat yayılıb.

 

Məktəbdən Modern.az-a bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.

 

Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.

 

Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.

 

Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.

 

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabında paylaşıb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?