Sentyabrın 11-də Ali Məhkəmə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkum olunmasından verilmiş şikayəti təmin etməyib.
Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Modern.az-a bildirib ki, məhkəmədən dərhal sonra Əvəz Zeynallı ona əvvəlcədən xəbərdarlıq olunmadan, tələm-tələsik Bakı İstantaq
Təcridxanasından 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Baş redaktor bunu özünə qarşı yönəlmiş siyasi repressiya ilə əlaqələndirib.
”Ali Məhkəmənin Əvəz Zeynallı barəsində çıxarılmış hökmü sifariş əsasında bir daha
qüvvədə saxlaması və məhkəmədən Bakı İstantaq Təcridxanasına gətirilən baş redaktorun dərhal cəzaçəkmə müəssisəsinə köçürülməsi bir daha sübut edir ki, onun həbsində rolu
olan yüksək səlahiyyətli məmurlar hələ saxta ittihamları geri çəkmək niyyətində deyillər”-deyə M.Zeynallı əlavə edib.
Baş redaktorun hüquqlarını müdafiə edən hüquq müdafiəçiləri Ə.Zeynallıya qarşı yönəlmiş bu aqressiyanı sabiq millət vəkili, hazırda adı cinayət qalmaqalında hallanan Gülər Əhmədovanın həbsdə olması ilə əlaqələndirirlər. Onların fikrincə,
Ə.Zeynallının üzərindən saxta ittihamların götürülməsi, həm də G.Əhmədovanı pis vəziyyətdə qoya bilər. O baxımdan Ə.Zeynallının tezliklə həbsdən buraxılması əsassız gözləntidən başqa bir şey deyil.
Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-də tutulan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib. Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. Sentyabrın 11-də siə Ali Məhkəmədə hakim İlham Cəfərov Əvəz Zeynallının şikayətinbi təmin etməyib.
Modern.az