Modern.az

Mənzil alarkən diqqətli olun! - Xəbərdarlıq

Mənzil alarkən diqqətli olun! - Xəbərdarlıq

Aktual

26 Noyabr 2023, 21:37

''Tikintisi davam etdirilən və ya istismarına icazə verilməyən binalardan mənzil almaq istəyən vətəndaşlar hüquq və öhdəliklərinə yaxından bələd olmalıdırlar''.

 

Modern.az xəbər verir ki, bu barədə "Xəzər Xəbər"ə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.

 

O deyib ki, çoxmərtəbəli binalardan ev alarkən aldanmamaq üçün media və sosial şəbəkələrdə araşdırma aparmaqla tikinti şirkəti haqqında formalaşmış ictimai rəy öyrənilməlidir. Bundan başqa, alqı-satqı prosesi zamanı peşəkar hüquqşünas xidmətindən istifadə etmək də bu riski minimuma endirmiş olur.

 

Kənan Zeynalov qeyd edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yerləşən Tikintilərin Dövlət Reyestri bölməsində yaşayış binasının tikintisinə icazə verilib-verilmədiyini yoxlamaq vacib addımlardan biridir.

 

Qurum rəsmisi əlavə edib ki, eyni mənzilin bir neçə nəfərə satılması və ya tikinti layihələrinin tamamlanmaması halları ilə bağlı 100-dən artıq vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama