Modern.az

Sumqayıtda məişət tullantıları poliqonunda yanğından VİDEO

Sumqayıtda məişət tullantıları poliqonunda yanğından VİDEO

Aktual

27 Noyabr 2023, 10:56

Xəbər verildiyi kimi, ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrliyində yerləşən məişət tullantıları poliqonunda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, hazırda havanın güclü küləkli olmasına baxmayaraq yanğınsöndürənlər tərəfindən tüstülənmə ocaqlarının söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Açıq alov mənbələri müşahidə olunmur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama