Özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan Ermənistan parlamentinin deputat-istintaq komitəsinin qapalı iclasında dindirilib.
Modern.az “Hraparak”a istinadən xəbər verir ki, Şahramanyan komitə üzvlərinin bütün suallarını cavablandırıb.
Onun köməkçisi Vladimir Qriqoryan bildirib ki, Samvel Şahramanyan iclasdan sonra jurnalistlərlə üz-üzə gəlmək istəməyib.
Qapalı iclasda Şahramanyana ünvanlanan əsas suallar Azərbaycan tərəfinin bir günlük antiterror tədbirindən əvvəlki və sonrakı durum, bununla bağlı hərəkətlər, Qarabağın erməni sakinlərinin bölgədən çıxması ilə bağlı olub.
“Xüsusən də xarici və daxili qüvvələrin rolu barədə məlumat verib, Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı suallar da qaldırılıb”, - Vladimir Qriqoryan vurğulayıb.
Samvel Şahramanyan Ermənistanda hakimiyyət dəyişikliyi üçün təşkil edilən proseslərdə iştirakını istisna edib.
“Samvel Şahramanyan bəyan etdi ki, Ermənistanın daxili siyasi proseslərində iştirak etməyib və bundan sonra da etməyəcək.”, - Qriqoryan bildirib.