Modern.az

Ermənilərin yaylaq kimi istifadə etdiyi bəzi kəndlər bizə qaytarılmalıdır - Deputat

Ermənilərin yaylaq kimi istifadə etdiyi bəzi kəndlər bizə qaytarılmalıdır - Deputat

Parlament

27 Noyabr 2023, 11:59

O vaxtı ermənilərin bizim əhaliyə etnik təmizləmə edərək tarixi torpaqlarımızdan çıxarmasının səbəbləri var idi. Belə ki, bizim dədə-baba torpaqlarımıza xaricdə olan ermənilər məskunlaşdırılırdı. 

 

Modern.az xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Milli Məclisin komitə sədri, deputat Bəxtiyar Əliyev deyib.


“Bu kimi faktları dünyaya çatdırmalıyıq. Bu gün isə görürük ki, Ermənistan sülhə qarşıdır. Hətta deyərdim ki, Ermənistan delimitasiyaya qarşıdır. Bunun bir neçə səbələri var. Olar bilirlər ki, işğaldan əlavə, onların yaylaq kimi istifadə etdiyi bəzi kəndlər bizə qaytarılmalıdır”,- deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi