Modern.az

Kommunist Partiyası təkrar qeydiyyat üçün yenidən nazirliyə müraciət edəcək

Kommunist Partiyası təkrar qeydiyyat üçün yenidən nazirliyə müraciət edəcək

Aktual

27 Noyabr 2023, 13:28

Azərbaycan Kommunist Partiyası təkrar qeydiyyat üçün Ədliyyə Nazirliyinə yenidən müraciət edəcək.

Modern.az xəbər verir ki, bunu Azpost.info-ya partiyanın sədri Rauf Qurbanov deyib.

“Sənədləri yenidən toplayacağıq, “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğunlaşdıracağıq və yenidən Ədliyyə Nazirliyinə müraciət ünvanlayacağıq. Çalışacağıq ki, yenidən qeydiyyatdan keçək və fəaliyyətimizi davam etdirək. Hazırda bu məsələlərlə bağlı geniş danışmaq istəmirəm. Planlarımız var və o planların həyata keçməsinə çalışacağıq”, - R.Qurbanov bildirib.

Xatırladaq ki, Ədliyyə Nazirliyi bir müddət əvvəl ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanı təkrar qeydiyyata alıb, bir sıra təşkilatlara isə “yox” deyilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama