Modern.az

Azad edilən ərazilərdə daha 137 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 137 mina aşkarlanıb

27 Noyabr 2023, 13:32

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (20.11.2023 - 26.11.2023) açıqlanıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 64 piyada əleyhinə mina, 73 tank əleyhinə mina, 444 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

 


Bildirilib ki, 683,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama