Modern.az

İranla Azərbaycan arasında əlaqələr yaxşı səviyyədədir - XİN

İranla Azərbaycan arasında əlaqələr yaxşı səviyyədədir - XİN

27 Noyabr 2023, 13:44

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr yaxşı səviyyədədir.

Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

“Azərbaycanla münasibətlər yaxşı səviyyədədir. İran və Azərbaycan arasında siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlıq və dialoq inkişaf edir. Ümid edirik ki, bu əməkdaşlıq ümumi maraqlar çərçivəsində davam edəcək”, - sözçü bildirib.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün hər iki tərəfin iradəsi var.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama