Modern.az

Azad edilmiş ərazilərdə daha 137 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 137 mina aşkarlandı

27 Noyabr 2023, 13:16

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (20.11.2023 - 26.11.2023) açıqlanıb.

 

ANAMA-dan Modern.az verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 64 piyada əleyhinə mina, 73 tank əleyhinə mina, 444 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 683,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama