Modern.az

“Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklər TƏSDİQLƏNDİ

“Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklər TƏSDİQLƏNDİ

27 Noyabr 2023, 15:00

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

 

Nazirliyə həmçinin, həmin Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama