Modern.az

Ermənistanda hərbçilərin attestasiyası BAŞLADI

Ermənistanda hərbçilərin attestasiyası BAŞLADI

27 Noyabr 2023, 15:16

Noyabrın 27-də Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində Silahlı Qüvvələrin ali və yüksək rütbəli zabitlərinin birinci yarımqrupunun attestasiyası prosesinə start verilib.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, imtahan prosesini müdafiə naziri, birinci sertifikatlaşdırma komitəsinin sədri Suren Papikyan koordinasiya edib.

Attestasiya prosesinə könüllü cəlb olunan hərbi qulluqçuları salamlayan müdafiə naziri imtahanlarda Silahlı Qüvvələrin ali və rəis heyətinin iştirakını xüsusi vurğulayıb. O bildirib ki, komandanlıq vəzifəsini tutan hər bir general və yüksək rütbəli zabit imtahanlarda iştirak etməklə tabeliyində olanlara nümunə göstərməlkidir.

Dörd gün davam edəcək attestasiya zamanı iştirakçılar sıra düzülüşü, atəş hazırlığı, peşə bilik və vəzifələrini bilməkdən tutmuş fiziki göpstəricilərə qədər imtahanlar verəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama