Modern.az

\"Yeni il\"də 4 gün iş olmayacaq

\

27 Noyabr 2023, 15:48

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 4 gün iş olmayacaq.

 

Modern.az xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

 

Müvafiq olaraq 2023-ci il 31 dekabr bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2024-ci il 3 yanvar tarixi qeyri-iş günü olacaq.

 

Beləliklə, Yeni ildə 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama