Modern.az

Sumqayıtda oktyabrda 440 minə yaxın tibbi xidmət göstərilib

Sumqayıtda oktyabrda 440 minə yaxın tibbi xidmət göstərilib

27 Noyabr 2023, 15:08

TƏBİB-in tabeliyində olan Sumqayıt Tibb Mərkəzi (STM) oktyabr ərzində şəhər əhalisinə göstərilən xidmətlərin statistikasını açıqlayıb.

 

Qurumun İctimaiyyətlə əlaqələr bölməsindən Modern.az-a verilən məlumata görə, STM-nin tabeliyində olan tibb müəssisələrinə oktyabr ayı ərzində 139 min 201 müraciət qeydə alınıb. Bu müraciətlərdən 136 min 20 ambulator, 3 min 181 isə stasionar müraciətlərdir.

 

Xidmətlərə gəldikdə, bu müddət ərzində əhaliyə 439 min 306 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 343 min 707 ambulator, 95 min 599 isə stasionardır.

 

Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama