Modern.az

Goranboyun Bəşirli kəndində səyyar görüş keçirilib - FOTO

Goranboyun Bəşirli kəndində səyyar görüş keçirilib - FOTO

Aktual

27 Noyabr 2023, 16:32

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilib.

Modern.az xəbər verir ki, səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Bəşirli  kəndində səyyar görüş keçirdi.

 

Sakinləri dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə məsələlərinin  həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama