Modern.az

Azərbaycan, Türkiyə, Gürcüstan birgə təlim keçirəcək

Azərbaycan, Türkiyə, Gürcüstan birgə təlim keçirəcək

27 Noyabr 2023, 17:04

Gələn il kiberhücumlarla bağlı birgə təlim keçirəcəyik.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib.

 

O, hərbi təlimin Türkiyədə baş tutacağını bildirib.

 

Nazir həmçinin vurğulayıb ki, bugünkü üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyinə inanır: "Fürsətdən istifadə edib Azərbaycan və Gürcüstan xalqına rifah arzulayıram".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama