Modern.az

Müdafiə nazirlərinin növbəti görüşü Gürcüstanda keçiriləcək

Müdafiə nazirlərinin növbəti görüşü Gürcüstanda keçiriləcək

Aktual

27 Noyabr 2023, 17:37

“Bizim region çox çətin gərginlik vəziyyətindədir. Ona görə də üçtərəfli görüş çox əhəmiyyətlidir. 2024-cü ildə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli formatda görüşü Gürcüstanda keçiriləcək”.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Bakıda Azərbaycan-Türkiyə- Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında söyləyib.

 

“Biz bugünkü görüşdə qarşıda duran məsələləri müzakirə etdik”, - deyə nazir əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama