Modern.az

“Qarabağ”ın Azərbaycan Kubokundakı rəqibi məlum oldu

“Qarabağ”ın Azərbaycan Kubokundakı rəqibi məlum oldu

İdman

28 Noyabr 2023, 15:36

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.

 

Modern.az xəbər verir ki, bu günə nəzərdə tutulan beş görüşdən üçü artıq başa çatıb.

 

Doğma meydanda “Cəbrayıl”ı 4:0 hesabı ilə məğlub edən MOİK 1/8 finalda “Qarabağ”a rəqib olub.

 

“Karvan” evdə “Difai Ağsu” komandasını 1:0, “İrəvan” isə səfərdə “Araz Saatlı”nı 4:1 hesabı ilə üstələyib.

 

Növbəti mərhələdə Yevlax təmsilçisi “Lerik” - “Sumqayıt” duelinin, “İrəvan” isə "Kür-Araz" - “Araz-Naxçıvan” cütünün qalibi ilə qarşılaşacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi