Modern.az

Səfirimiz Belarus XİN rəhbəri ilə görüşdü

Səfirimiz Belarus XİN rəhbəri ilə görüşdü

Aktual

28 Noyabr 2023, 15:28

Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev bu ölkənin xarici işlər naziri Sergey Aleyniklə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus XİN “X” platformasında yazıb.

 

Tərəflər Bakı ilə Minsk arasında əməkdaşlıq üzrə yol xəritəsinin hazırlanmasını müzakirə ediblər.

 

Belaruslu diplomat ölkələrarası siyasi dialoqun intensivləşdirilməsi və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində göstərdiyi səylərə görə səfirə təşəkkür edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama