Modern.az

Kömür şaxtası çökdü - 11 nəfər öldü

Kömür şaxtası çökdü - 11 nəfər öldü

Dünya

28 Noyabr 2023, 17:36

Çinin şimal-şərqində, Rusiya Federasiyası ilə həmsərhəd olan Heilongjiang əyalətində kömür şaxtalarından birində qəza baş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş vermiş qəza nəticəsində azı 11 nəfər həlak olub.

 

Məlumata görə, ölümə səbəb daşların çökməsi olub.Yerli vaxtla saat 18:20-də fövqəladə hadisə yerində axtarış-xilasetmə işləri başa çatıb. 

 

Hadisənin dəqiq səbəbləri və təfərrüatları hələlik məlum deyil, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi