Modern.az

Arutyunyanın işi məhkəməyə göndərildi

Arutyunyanın işi məhkəməyə göndərildi

Dünya

28 Noyabr 2023, 20:39

Qarabağdakı qondarma rejimin sabiq "müdafiə naziri" general-leytenant Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

 

Arutyunyan xidməti səhlənkarlıq maddəsi ilə ittiham olunur.

 

İttihama görə, 12 oktyabr 2020-ci il tarixində elan olunmuş hərbi vəziyyət zamanı "Müdafiə Ordusunun komandanı", general-leytenant rütbəsi ilə dövlət qulluqçusu olan Cəlal Arutyunyan xidmətə səhlənkar münasibət göstərib və bu səhlənkarlıq ağır nəticələrə səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi