Modern.az

Türkiyədə unikal əməliyyat: idmançının ürəyi kəlbəcərli gəncə köçürüldü - VİDEO

Türkiyədə unikal əməliyyat: idmançının ürəyi kəlbəcərli gəncə köçürüldü - VİDEO

28 Noyabr 2023, 23:20

Bir neçə gün əvvəl Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən tanınmış türk boksçu Görkem Kaynarın orqanları bağışlanılıb.

 

Modern.az xəbər verir ki, idmançının ailəsi onun orqanlarının transplantasiyasına razılıq verib.

 

İsparta vilayətində baş verən qəza zamanı vəfat edən 24 yaşlı gəncin orqanları 4 nəfərə köçürülüb.

 

Məlumata görə, boksçunun ürəyi Akdeniz Universitetinin cərrahiyyə şöbəsində azərbaycanlı gəncə köçürülüb. 24 yaşlı Fərid Əzimli Kəlbəcərin Zülfüqarlı kəndindəndir.

 

Əməliyyatın uğurla başa çatdığı bildirilir. Azərbaycanlı gəncin anası Görkem Kaynarın valideynlərinə bir ömür təşəkkür borcunun olduğunu deyib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mövqelərimiz atəşə TUTULDU-4 hərbçi Ö*DÜ, 20-si yaralandı