Modern.az

Suraxanıda ağır qəza - \"Prius\" yolu keçən piadanın vurub öldürdü

Suraxanıda ağır qəza - \

29 Noyabr 2023, 09:04

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

 

Modern.az xəbər verir ki, Fətullayev Orxan Azad oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə Koroğlu metrostansiyası istiqamətindən aeroport istiqamətində hərəkətdə olan zaman Bülbülə qəsəbəsində yerləşən "Buta Palace" şadlıq sarayının qarşısında idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə 1964-cü il təvəllüdlü Əliyev Elşən Əli oğluna müxtəlif dərəcəi bədən xəsarətləri yetirib. Nəticədə piyada hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü