Modern.az

Xankəndidə brend təhsil ocağı: "Qarabağ" universitetində hansı ixtisaslar olacaq?

Xankəndidə brend təhsil ocağı:

Təhsil

30 Noyabr 2023, 09:36

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradılacaq. Universitetin yaradılmasında məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasıdır.

 

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

 

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.

 

Qarabağ Universitetinin faəliyyətət başlaması bu regionda məskunlaşacaq əhalinin həyat təminatı üçün əsas amillərdən biri olacaq. 

 

Modern.az Qarabağ Universitetindən gözləntilərlə bağlı ekspertlərlə söhbət edib.

 

Təhsil eksperti Elçin Əfəndinin fikrincə, yeni yaradılacaq universitetdə müasir ixtisaslara üstünlük verilməlidir:

 

“Xankəndidə mövcud olan universitet vaxtilə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filialı olaraq fəaliyyət göstərirdi. Buna görə də, pedoqoji yönümlü ixtisaslara qəbul aparılırdı. İşğaldan sonra təəssüflər olsun ki, həmin universitetində müvafiq olaraq ermənilər tərəfindən istifadə olundu.


Hazırkı durumu dəyərləndirsək, yeni yaradılacaq təhsil ocağı təbii ki, Azərbaycanın qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərəcək. Fikrimcə, yeni müasir ixtisaslara üstünlük verilməlidir. Əvvəlki dövrlərdən fərqli olaraq, təkcə pedoqoji ixtisaslarla kifayətlənmək lazım deyil. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanları hansı qaydadadırsa, bu universitetə də qəbul həmin qaydada həyata keçiriləcək. Təkcə bakalavr deyil, magistr pilləsi üzrə hazırlıqlara yer ayrılmalıdır".

 

Ekspert Bakıda fəaliyyət göstərən hər hansı bir universitetin bu təhsil ocağına köçürülməsi fikrinə də müsasibət bildirib.

 

“Hər hansı bir universitetin köçürülməsi həmin təhsil ocağının tutumu ilə bağlıdır. Tədricən həmin universitetdə aparılan tələbə qəbulu zamanı plan yerləri boş qalarsa, o zaman düşünürəm ki, müvafiq şəhər mərkəzində yerləşən universitetlərin hər hansısa biri köçürülə bilər.”

 

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, Xankəndidə yaradılacaq universitet Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq.


“İlk növbədə qeyd edim ki, Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti adlandırılması çox böyük hadisədir. Təhsil dövlətçilik siyasətinin əsas vuran qolu, təməl nöqtələrindən biri olub. Məsələnin bir neçə rakursdan faydaları var: birincisi, dövlətçiliyə dəstək rakursundan; ikincisi azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək; üçüncüsü isə tədrisin keyfiyyəti rakursundan. Qarabağ Universiteti, bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq.


İşğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların həmən ərazilərdə məskunlaşmasına, eyni zamanda həmən ərazilərdə xidməti vəzifələrinini yerinə yetirən əməkdaşların övladlarını təhsil almaq şəraitinin yaxşılaşdırılması üçün bu vacibdir. Hər kəsə məlumdur ki, ölkə başçısı cənab İlham Əliyevin hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Hesab edirəm ki, bu prosesdə Azərbaycan təhsili də fəal iştirak etməlidir. Xankəndində fəaliyyətə başlayacaq Qarabağ Universiteti təhsilin brendi olacaqdır. Bu brendin özəllilikləri kimi "tələbə mərkəzli" universitet, öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli, fərdi təhsil trayektoriyası əsasında təhsil verən universitet, təhsilin əsas keyfiyyət amili kimi hər bir təhsilalanın "təhsil izi",  XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modelini göstərmək olar. Həmçinin, distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet, dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti, rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi, xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet, "Smart universitet", şəhid övladlarının təhsil aldığı universitet. Mən əminəm ki, "Qarabağ" güclü bir universitet brendi olacaq.


Düşünürəm ki, bu universitetdə ilk növbədə Qarabağ regionun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir. Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin düşünürəm ki, universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır.”

 

Ekpert işğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatanlılığının təmin edilməsi zəruriliyinə də diqqət çəkib.


“İşğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin məktəbyaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatananlılığının təmin edilməsi zəruridir. Buna görə  işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. 


Düşünürəm ki, indiki halda İşğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq əhaliyə təhsil xidmətlərin göstərilməsi üzrə mütəxəssislərin fəaliyyətlərin stimullaşdırılmalıdır. Çünki ora gedəcək müəllimlər ilkin olaraq həmən ərazilərdə yaşamaq üçün təlimlərə cəlb edilməli, onların əmək haqlarına xüsusi əlavələr edilməlidir. 
Bir faktı da qeyd edim ki,  işğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərmişdir. Əlbətdə dəki, birdən birə bu infrasturujturun bərpası mümkün deyil Bunun üçün azı 3-5 il vaxt lazımdır. Lakin ilkin mərhələdə məskunlaşmanın həyata keçirilidiyi və xidmətli şəxslərin olduğu ərazilərdə təhsil xidmətlərinin göstərilməsi təmin edilməlidir. Hətta 1969-cu ildə Xankəndində yaratdığı bir ali təhsil müəssisəsi də var idi.”

 

Mütəxəssis Qarabağ regionunda bir sıra ixtisasların yaradılması zəruriliyindən də danışıb:

 

"Hüquq fakültələri açılmalıdır. Çünki şahidi olduq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ən böyük problemlərimizdən biri həmin ərazilərdə hüquq-mühafizə orqanlarında azərbaycanlı kadrların azlıq təşkil etməsi idi. Hətta orada Polis Akademiyası da açmaq olar.


Bundan başqa, Qarabağda həmişə əkinçilik və şərabçılıq inkişaf edib. Yüngül sənaye sahələrində olduğu kimi, bu sahələrdə də kadr hazırlamaq lazımdır. Bu sektorlarda mütəxəssislər Gəncədə hazırlanır, lakin Qarabağda bir universitetin açılması bu sahədəki kadrları paytaxta doğru axın etmədən saxlamağa kömək edəcək. Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Texniki məktəblərdə və kolleclərdə kənd təsərrüfatı, inşaat və iqtisadi peşələrə tələbat olacaq, gələcəkdə turizm xidmətləri, tibb və s. sahələrdə kadrlara ehtiyac duyulacaq. Ümumiyyətlə, regionun coğrafi mövqeyi, digər regional xüsusiyyətlər nəzərə alınmalıdır. Bu sahədə aparılan işlərin yüksək tempi ona əsas verir ki, infrastruktur dəyişiklikləri gedir, sadəcə bu sahədə irəliləyiş zamana bağlıdır.”

 

İsmayıl Bakuvi

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi