Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrın sonunda Sankt-Peterburqa MDB dövlət başçılarının qeyri-rəsmi ənənəvi görüşünə getmək niyyətində olduğu barədə yazılan məlumat siyasi dairələrdə müzakirələrə səbəb olub.
Modern.az xəbər verir ki, bu haqda ilk məlumatı Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov yaymış və "biz İrəvandan bununla bağlı aydın siqnal almışıq" demişdi.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 29-da keçirdiyi brifinqdə bu məsələyə toxunaraq, “Uşakovun açıqlaması Nikol Paşinyanın nəhayət Rusiyaya gələcəyinə ümid yaradırmı” sualına cavab verib.
“Oh, mənə elə gəlir ki, burada hələ də ümidlərə deyil, konkret faktlara əsaslanmaq lazımdır. Və təbii ki, reallığa əsaslanaraq mövqe formalaşdırın. Gəlin konkret addımları gözləyək, sonra onlara münasibət bildirəcəyik”.
Bundan əvvəl Ermənistan rəsmiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirlərində iştirakdan imtimna ediblər.