Qarabağdan qovulmuş separatçıların “keçmiş müdafiə naziri” Samvel Babayanın 44 günlük müharibə şəraitini araşdıran komissiyada dindirilməsi başa çatıb.
Modern.az “Hraparak”a istinadla xəbər verir ki, Ermənistan parlamentinin İstintaq Komissiyasında 3 saat davam edən dindirilmədən sonra Babayan deyib.
“Mən həm 44 günlük müharibə zamanı, həm də indiki vəziyyəti tam şəkildə təqdim etdim. Mən ad çəkmədim, epizodlarla, faktlara uyğun olaraq istintaqın hansı istiqamətdə gedə biləcəyini təklif etdim. Bir vətəndaş kimi gəldim, bildiklərimi təqdim etdim. Komissiya öz məqsədinə çatacaq, ya yox, deyə bilmərəm”.
“44 günlük müharibədəki məğlubiyyətdə Baş nazir Nikol Paşinyanın günahını görürsünüzmü” sualına Babayan belə cavab verib:
“Nikol Paşinyanın günahı düzgün olmayan kadr siyasəti və təyin etdiyi kadrların hesabatlarına inanması olub”.