Modern.az

Ailə dəyərləri ilə bağlı qanunvericilik dəyişsin - Nazir müavini

Ailə dəyərləri ilə bağlı qanunvericilik dəyişsin - Nazir müavini

29 Noyabr 2023, 16:24

Milli Məclisdə ailə dəyərləri ilə bağlı qanunvericiliyə dəyişiklik olunması tövsiyə edilib.


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitəsinin təşkilatçılığı ilə baş tutan “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə Elm və Təhsil nazirinin müavini  Firudin Qurbanov çıxış edib.

“Yəqin ki, bu məsələ bu gün gündəmə gəlirsə, qanunvericilikdə müəyyən dəyişikliklər ola bilər. Qanunvericilikdə yaşlı nəslə hörmət, ailənin şərəfi, analıq və uşaqlıq, çoxlu uşaq sahibi olmaq kimi dəyərlər açıq şəkildə bildirilməlidir”,- deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama