Modern.az

Balakəndə dəhşətli qəza- 2 ölü, 5 yaralı

Balakəndə dəhşətli qəza- 2 ölü, 5 yaralı

29 Noyabr 2023, 19:08

Noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində hər avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü