Modern.az

Bakıda Kənd Təsərrüfatı və Qida Forumu keçiriləcək

Bakıda Kənd Təsərrüfatı və Qida Forumu keçiriləcək

Aktual

29 Noyabr 2023, 19:16

MÜSİAD Azərbaycanın üzvlərinin "Ənənəvi Səhər Yeməyi" proqramı keçirilib.

 

Modern.az xəbər verir ki, görüş MÜSİAD Azərbaycanın Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyasının təşkilatçılığı ilə baş tutub.

 

“Kardeşler” un məmulatları şirkətinin Bakının İbrahimpaşa Dadaşov küçəsindəki filialında təşkil olunan tədbirdə MÜSİAD-ın təxminən 60-a yaxın üzvü iştirak edib.

 

Tədbirdə MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli birlikdə güclü olmaq üçün üzvlərin səylərini əsirgəməməli olduğunu qeyd edib:

 

“Bu ilin əvvəlində qarşımıza strateji hədəflər qoymuşuq. Buna uyğun müəyyən fəaliyyətlər həyata keçiririk. 15 milyardlıq ticarət dövriyyəsi, qarşılıqlı investisyaların qoyulması istiqamətində fəaliyyətlər göstərir və əlimizdən gələni edirik. 2021-ci ildə ölkələrimiz arasında Şuşa Bəyannaməsi imzalanıb. Bəyannamə iki ölkənin konsistensiyası halına gəlib. Orada da qeyd olunduğu kimi, həm üzvlərimiz, həm də dövlətlərimiz arasında bütün istiqamətlərdə əlaqələrimizi dərinləşdirməli, inkişaf etdirməliyik. Birlikdə güclü olmaq üçün hər birimizin səylərimizi, dəstəklərimizi əsirgəməməyimiz, kommisyalarda fəaliyyət göstərməyimiz xüsusi əhəmiyyət kəsb edir”.

 

R.Cabirli bu ilin dekabrında Kənd Təsərrüfatı və Qida Forumunun keçiriləcəyini açıqlayıb:

 

“13-14 dekabr tarixlərində Kənd Təsərrüfatı və Qida Forumu keçiriləcək. Əsasən, Bu istiqamətdə fəaliyyət göstərən iş insanları dəvət olunacaq. 50-dən çox Qida və Kənd Təsərrüfatı istiqamətində fəaliyyət göstərən Türkiyəli iş adamlarının Azərbaycana gəlişi gözlənilir. Azərbaycanın dövlət qurumları, eləcə də Türkiyənin Azərbaycandakı səfirliyi həmişə belə forumlarda bizə dəstək göstərir. Bu dəfə də birgə hərəkət edəcəyik. Tədbirin ikinci günündə iş adamlarının Quba-Xaçmaz bölgəsinə ziyarəti planlaşdırılır. Məqsəd investisya mühiti ilə tanışlıq, ticarət imkanlarını müzakirə etməkdir. Bizim məqsədlərimizdən biri də qardaşlıq şüurunu ortaqlıq mədəniyyəti ilə qovuşdurmaqdır. Qarşıda olan 15 milyardlıq hədəf istiqamətində müəyyən məsafə qət olunub. Müəyyən nəticə əldə etmişik. Lakin bu da azdır. Hazırda 7 milyardı keçmişik. Üzvlərimizlə birlikdə hədəflərimizə çatacağımıza inanıram”.

 

Qeyd edək ki, “Ənənəvi Səhər Yeməyi” proqramı hər ay bir dəfə keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama