Modern.az

Ağacları qanunsuz kəsən şəxs tapıldı

Ağacları qanunsuz kəsən şəxs tapıldı

Aktual

29 Noyabr 2023, 20:10

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun Yenikənd kəndindəki meşə massivindən yaş ağacın kəsilməsi barədə şöbəyə məlumat daxil olub.

 

Keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama