Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, günün son görüşündə II Liqa təmsilçisi “Lerik” “Sumqayıt”ı qəbul edib.
Matç “Gənclik şəhəri” təmsilçisinin 0:6 hesablı qələbəsi ilə başa çatıb. Komanda səkkizdəbir finalda “Karvan”la qarşılaşacaq.
Bu gün “Kəpəz”, “Qaradağ Lökbatan” və “Araz-Naxçıvan” da növbəti mərhələyə yüksəliblər.
Qeyd edək ki, ötən gün “İrəvan”, MOİK, “Karvan”, “Səbail” və “Turan Tovuz” səkkizdəbir finala vəsiqəni təmin ediblər.