Modern.az

8 il məktəbə getdi, amma... - VİDEO

8 il məktəbə getdi, amma... - VİDEO

Təhsil

29 Noyabr 2023, 23:34

Gədəbəydə səkkizinci sinif şagirdinə növbəti tədris ilindən məktəbə gələ bilməyəcəyi deyilib.

 

Modern.az xəbər verir ki, şagirdin valideyni iddia edib ki, məktəbin direktoru səkkiz il uşağı xəlvət oxudaraq, adını jurnala yazmayıb. Məktəbə yeni direktor təyin ediləndən sonra isə vəziyyətin fərqli olduğu anlaşılıb.

 

Sözügedən məsələdə valideyn məktəbi, məktəb isə valideyini ittiham edib.

 

Gədəbəy rayonunun Şahdağ kənd sakini Mehparə Abdullayeva iddia edib ki, səkkizinci sinif şagirdi olan qızı bu günə kimi orta məktəbdə oxusa da, adı qeydiyyata salınmayıb.

 

Məktəbdən ailəyə bildirilib ki, şagirdin məktəb həyatı bu il yekunlaşacaq və o, digər siniflərdə təhsilinə davam edə bilməyəcək.

 

Şahdağ kənd orta məktəbinin direktoru Rəşad Mirzəyev deyib ki, sözügedən şagird üçün orta məktəbin birinci sinfinə vaxtından gec müraciət edilib. Mövcud qaydalara görə, uşaq səkkiz yaşından sonra müraciət etdiyindən o, fərdi təhsilə cəlb edilib.

 

Valideyn bildirib ki, onun övladına bu müdddət ərzində fərdi qaydada yox, digər şagirdlərlə birgə dərs keçilib. Məktəb rəhbərliyi isə bu fikirlərin əsassız olduğunu bildirib.

 

Ətraflı süjetdə:

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi