İsrail və Fələstin arasındakı Yerusəlimdə (Qərbi Qüds hissəsində) silahlı insident baş verib.
Modern.az İsrail mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin girəcəyində yaşanıb.
Belə ki, məlumata görə, Fələstin əsilli şəxslər atəş açıblar. Nəticədə 2 nəfər həyatını itirib, daha 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd olunub ki, İsrail polisi hadisəni törədənlərdən 2 nəfəri zərərsizləşdiriblər. Detallar araşdırılır.