Üzvlərimiz arasında dövriyyənin artırılması əsas məqsədlərdəndir.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.
"Hazırda üzvlərimiz arasında dövriyyə 3 milyon manatdır. Biz bu rəqəmin daha da artırılmasını hədəfləyirik. Hədəfimiz həm də üzvlərimizin ayrı-ayrılıqda dövriyyəsinin artmasıdır", - R.Cabirli bildirib.