Ermənistan və Azərbaycan arasında delimitasiya komissiyalarının iclası başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.
Görüş Qazax-İcevan sərhədində keçirilir. Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev, Ermənistanı isə Mher Qriqoryan təmsil edir.
Qeyd edək ki, bu, dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 5-ci iclasıdır.