Noyabrın 21-də Qızılağac Milli Parkında möhtəşəm, rəngarəng “Flaminqo” festivalı keçirilib.
Modern.az xəbər verir ki, festivalda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli nümayəndələri, eyni zamanda üç rayonun da səlahiyyətli şəxsləri (Lənkəran, Masallı, Neftçala) iştirak etdilər.Festivalda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli park və qoruqları öz sərgilərini nümayiş etdirdilər.Hər bir Milli Park və qoruq özünəməzsus təbii sərvətlərini və təbii məhsullarını nümayiş etdiriblər.
Gələn qonaqlara əsas məqsəd doğma vətənimizin təbiətinin, florasının və faunasının tanıtdırılması idi. Bu festival sayəsində təbiətimiz daha da tanıtdırıldı və sevilməsi aşılanıb.
Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nazir müavini, qeyd edilən rayonların icra başçıları və digər səlahiyyətli şəxslər və qonaqların iştirakı ilə Qızılağac Milli Parkında müxtəlif növlü balıqlar dənizə buraxıldı.