Modern.az

Prezident 30 dəqiqə təyyarədə qaldı, qarşılayan olmadı - VİDEO

Prezident 30 dəqiqə təyyarədə qaldı, qarşılayan olmadı - VİDEO

30 Noyabr 2023, 11:17

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qətərə səfəri zamanı hava limanında təyyarədən enmək üçün yarım saat gözləməli olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Deutsche Welle” alman nəşri yazıb.

 

Nəşrin sözlərinə görə, Almaniya Prezidentini qarşılamaq üçün hava limanı tam hazır vəziyyətdə olub. Almaniyanın Qətərdəki səfiri də Ştaynmayeri qarşılamaq üçün hava limanına gedib.

 

Prezidentin gözləməsinə səbəb isə Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin 30 dəqiqə gecikməsi olub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama