Modern.az

MDB liderləri bu tarixlərdə toplaşacaq

MDB liderləri bu tarixlərdə toplaşacaq

Aktual

30 Noyabr 2023, 11:34

Rusiyanın təşəbbüsü ilə dekabrın 18-də Moskvada Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin hökumət başçılarının görüşünün keçirilməsi planlaşdırılır.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev bildirib.

 

“Rusiya Federasiyasının təşəbbüsü ilə MDB hökumət başçılarının fövqəladə iclasın Baş nazir Mixail Mişustinin təşəbbüsü ilə dekabrın 18-də Moskvada baş tutacağı gözlənilir”, - o deyib.

 

S.Lebedevin sözlərinə görə, dekabrın 26-da isə Sankt-Peterburqda MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək:

 

“Dekabrın 25-26-da Sankt-Peterburqda iki mühüm tədbir keçiriləcək. Dekabrın 25-də prezidentlər səviyyəsində Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali Şurası, dekabrın 26-da isə MDB ölkələri prezidentlərinin qeyri-rəsmi görüşü gözlənilir”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama