Modern.az

Bələdiyyələrdə ali təhsilli, qadın və gənc üzvlərin sayı xeyli artıb - Deputat

Bələdiyyələrdə ali təhsilli, qadın və gənc üzvlərin sayı xeyli artıb - Deputat

Aktual

30 Noyabr 2023, 11:38

“1993-cü ildə ölkəmizdə yaranmış hakimiyyət böhranının son dərəcədə kəskinləşməsi səbəbindən xalqımızın təkidi ilə respublikaya rəhbərlik Heydər Əliyevə etibar edildi. Onun zəngin dövlətçilik təcrübəsi və bacarıqları hesabına ölkəmiz ağır ictimai-siyasi və sosial-iqtisadi böhrandan qurtuldu, iqtisadi islahatlara start verildi, regionlara yenidən diqqət artırıldı, onların hərtərəfli inkişafı üçün qanunvericilik və institusional tədbirlər görüldü. Məhz Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə qəbul olunmuş milli Konstitusiyamızda yerlərdə icra hakimiyyətinin və yerli özünüidarəetmənin əsasları və statusu müəyyən edildi, regional inkişaf siyasətinin həyata keçirilməsi üçün vacib hesab olunan Torpaq, Su, Meşə Məcəllələri, “Meliorasiya və irriqasiya haqqında”, “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında”, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanunlar qəbul edildi”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmədə Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib. 

 

O qeyd edib ki, Azərbaycanda yerli özünüidarəetmə institutunun yaradılmasında, formalaşdırılmasında və fəaliyyətinin təmin edilməsində də Heydər Əliyevin rolu və töhfələri danılmazdır.

 

"Məhz Ulu öndərin təşəbbüsü və xeyir-duası ilə bələdiyyələr yaradıldı, 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirildi, onların statusunu, səlahiyyətlərini, hüquq və vəzifələrini müəyyən edən çoxsaylı qanunlar qəbul edilib. 

 

Bununla yanaşı, regionlarda əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində təsirli addımlar atıldı, “Əsrin müqavilə”si hesabına əldə olunmuş əlavə maliyyə resursları həm respublikanın ümumi sosial-iqtisadi məsələlərin həll olunması, həm də regionların davamlı inkişafının təmin edilməsi üçün yeni imkanlar açıb. 

 

Regionların hələ də tam istifadə edilməmiş zəngin təbii-resurs və insan potensialının təsərrüfata cəlb edilməsi bölgələrimizin inkişafında əsas hədəf olaraq müəyyən edildi, bu istiqamətdə mövcud problemlərin həlli üçün Heydər Əliyevin davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramlarının həyata keçirilməsinə start verdi, respublikanın hər bir regionunda abadlıq, quruculuq, yenidənqurma və tikinti işlərinə başlanılıb. 

 

Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş və 20 ili əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişdi, regionların iqtisadi potensialı artdı, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşdı, əhalinin rifah halı yüksəlib. 

 

Prezident İlham Əliyevin həyata keçirtdiyi regional inkişaf siyasəti bələdiyyələrdən də yan keçməyib. 2003-cü ildən etibarən yerli özünüidarəetmə orqanlarının inkişaf etdirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, iqtisadi və maliyyə potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. 

 

Belə ki, 4 bələdiyyə seçkisi keçirilərək bələdiyyə üzvlərinin keyfiyyət tərkibi təkmilləşdirildi, seçkidən-seçkiyə ali təhsilli, qadın və gənc üzvlərin sayı xeyli artdı, bələdiyyələrin sayının azaldılması, daha böyük və güclü yerli özünüidarəetmə orqanlarının yaradılması məqsədilə 2009-cu və 2014-cü ildə bələdiyyələrin birləşməsi prosesi həyata keçirilib, onların sayı 41,7 faiz azaldılaraq 2755-dən 1606-ya endirilib. Eyni zamanda, bələdiyyələrin təşkilatlanması, yerli özünüidarəetmənin ümumi inkişafının sürətləndirilməsi məqsədilə 2006-cı ildə şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları yaradılıb”,-deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI