Modern.az

Qızılcaya ilə bağlı təhlükəli vəziyyət olsa, qapanmalara gedilə bilər

Qızılcaya ilə bağlı təhlükəli vəziyyət olsa, qapanmalara gedilə bilər

30 Noyabr 2023, 17:00

Qızılcaya yoluxma ilə əlaqədar təhlükəli vəziyyət olsa, qapanmalara gedilə bilər.

 

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.

 

O bildirib ki, həm regional idarələr, həm də Səhiyyə Nazirliyi ilə birgə vəziyyət tədqiq edilir:

 

"Bizim məlumatlarla əsaslansaq, bu və ya digər müəssisədə qapanmaya getməyə hazırlaşmırıq. Amma növbəti günlərdə bu məlumatları tədqiq etdikdən sonra, haradasa təhlükəli vəziyyət yaranarsa, mütəxəssislərin rəyi və tövsiyəsi ilə hansısa məktəb və ya siniflərin distant təhsilə keçməsi istiqamətində qapanmalara gedilə bilər. Bizim belə bir səlahiyyətimiz var. Lakin hələ bu səlahiyyətimizdən istifadə etmək niyyətində deyilik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir