Modern.az

Valideynlər müəllimə pul yox, gül verə bilər! - Nazir

Valideynlər müəllimə pul yox, gül verə bilər! - Nazir

30 Noyabr 2023, 17:38

Elm və təhsil naziri Emin Əmrullayev orta məktəblərdə qeyri-rəsmi ödənişlərin yığılmasına münasibət bildirib.


Modern.az xəbər verir ki, nazir noyabrın 30-da keçirilən brifinqidə məktəblərdəki valideyn komitəsinin fəaliyyətinə də toxunub. O deyib ki, dünya təcrübəsində də belə komitələr var.

 

Nazir bildirib ki, valideyn komitəsi tərəfindən pul yığılması hallarını bütün məktəblərə aid etmək olmaz:

 

“Valideyn-müəllim komitəsi məktəbə, uşaqlara yardım edirsə, burda mənfi hal görmürəm. Normal hesab edirəm. Yox, əgər hansısa ad günlərinə pul yığılması ilə bağlı narazılıq olsa, şikayət ediləcəyi təqdirdə buna baxıla bilər. 8 Mart ərəfəsində  müraciət etdim ki, valideynlər müəllimlərə pul, hədiyyə verməsin, lakin valideynlər yenə bunu etdilər.

Hesab edirəm ki, valideynlərdə davranış mədəniyyəti hələ də tam formalaşmayıb. Nazirlik 3 milyon insana nəzarət edə bilməz. Müəllimə diqqət göstərmək ayıb deyil, amma yalnız açıqça, gül vermək olar”, - nazir deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Akıncı” PUA-larımız havada- kəşfiyyat üçüşlarına başlanıldı