Modern.az

Dağlar üzərində unikal şəhər: Kəlbəcərdə yeni binalar inşa edilir

Dağlar üzərində unikal şəhər: Kəlbəcərdə yeni binalar inşa edilir

Qarabağ

1 Dekabr 2023, 13:04

Azərbaycan Televiziyası üç il öncə işğaldan azad edilən Kəlbəcərdə görülən işlərlə bağlı son məlumatları əldə edib.

 

“Obyektiv” ictimai-siyasi verilişində yayımlanan reportajda bildirilib ki, xüsusi strateji əhəmiyyət kəsb edən və çətin relyefdə yerləşən Kəlbəcərdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.

 

Hazırda layihəyə uyğun olaraq Kəlbəcər şəhərinin Zəfər prospektində 4 mərtəbəli yaşayış binalarının, böyük məktəbin və 6 mərtəbədən ibarət stadionun inşası nəzərdə tutulub.

 

Artıq ibarət bir neçə yaşayış binasının tikintisinə başlanılıb, 80 yaşayış binasının inşasına isə hazırlıq işləri görülüb. Yaşayış binalarının 1-ci mərtəbəsi 3 otaqlı, 2-ci mərtəbəsi 4 otaqlı, 3-cü mərtəbəsi 2 otaqlı, 4-cü mərtəbəsi isə 1 otaqlı mənzillər olacaq. Hər bir binada lift olacaq. Əlillik arabası və uşaq arabasından istifadə edənlərin bu binalara rahat daxil olması üçün şərait yaradılacaq. Binanın zirzəmisi qaraj yeri kimi nəzərdə tutulub.

 

O da bildirilib ki, Azərbaycanın İsveçrəsi olacaq Kəlbəcərə həmin ölkədən tikinti materialları da gətirilib. 

 

Həmçinin reportajda Cənubi Qafqazın mühəndislik möcüzəsi uzunluğu 12 kilometr olan Murovdağ tunelində görülən işlərlə bağlı son məlumatlarda əksini tapıb.

 

Modern.az Kəlbəcərdən hazırlanan videoreportajı təqdim edir:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi