Rusiyanın hökumətyönlü teleaparıcısı Vladimir Solovyovun qızı Yekaterina Solovyova Rusiya Ali Məhkəməsinin LGBT icmasını ekstremist təşkilat kimi tanıması qərarına qarşı çıxıb.
Modern.az-ın məlumatına görə, Yekaterina Solovyova bildirib ki, Rusiyanın HƏMAS-ı müdafiə edib LGBT-ni terrorçu kimi tanıması heç bir məntiqə sığmır:
“Biz zərərsiz təşkilatları ekstremist kimi tanıyırıqŞ amma Kremldə Həmas üçün qəbul təşkil edirik”, - o sosial şəbəkədə yazıb.
“Insider” jurnalı qeyd edir ki, Yekaterina Solovyova da Ukraynadakı müharibənin əleyhinə danışır, səfərbərlikdən yayınan rusları müdafiə etməyə çağırır və feminist tamaşalar təşkil edir. Üstəlik, o, Moskvada yaşayır.
Qeyd edək ki, teleaparıcı Vladimir Solovyov Azərbaycan əleyhinə çıxışları ilə tanınıb.