Modern.az

Qızılcaya yoluxma artır - TƏBİB-dən həyəcan təbili

Qızılcaya yoluxma artır - TƏBİB-dən həyəcan təbili

Hadisə

1 Dekabr 2023, 14:36

Hazırda Azərbaycan ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur.

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova məlumat verib.

 

TƏBİB rəsmisi deyib ki, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.

 

O vurğulayıb ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var".

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza