Modern.az

İldırımlar: təbiət şıltaqlığı yoxsa göydən gələn bəla?

İldırımlar: təbiət şıltaqlığı yoxsa göydən gələn bəla?

21 Aprel 2010, 12:39

Yer kürəsində baş verən iqlim dəyişmələri nəticəsində insanların həyatına müəyyən təhlükələr yaranıb. Havaların tez-tez dəyişməsi, gözlənilməz leysan və daşqınlar, qlobal istiləşmədən minlərlə insan zərər çəkir. İnsanlara təhlükə yaradan təbiət hadisələri arasında ildırımın da özünəməxsus rolu var.

Yeri gəlmişkən, ildırımvurma ilə bağlı ən son hadisə aprelin 19-da Kambocada olub. Orada ildırım vurmasından 6 nəfər ölüb. İldırım və şimşək

 

Qədim dövrlərdə bəzi xalqlar ildırımı göylərdən gələn bəla hesab edirdilər. Bir sıra xalqlar isə onu sitayiş etdikləri Allahların işarəsi sayırdılar. Əslində isə  ildırım yer kürəsilə buludlar arasında artan elektrik potensialını tənzimləyən elektrik boşlalmasıdır. Bu təbiət hadisəsi zamanı buludlardan çıxan yüksək dərəcəyə malik elektrik adətən yerə istiqamətlənir ki, nəticədə bəzən bədbəxt hadisələr (güclü yanğın, insanların yaralanması, ölməsi) baş verir. İldırımı həm də şimşək çaxmasının yer üzü ilə təması hesab edirlər. Şimşək buludların yüklənməsindən əmələ gəlir. Bəs buludlar necə yüklənir? Alimlərin fikrincə, isti və soyuq havanın yerdəyişməsi nəticəsində əmələ gələn hava axını buludlardakı su damcılarını hərəkətə gətirir. Hərəkət halındakı su damlacıqları bir-birlərinə sürtünərək yüklü hala keçirlər. Buludlardakı hava axını su damlacıqlarının dağılmasına və təkrar birləşməsinə səbəb olur. Araşdırmalara görə budulların üst qatı pozitiv, alt qatı isə neqativ yüklü olur. Buludların alt qatı neqativ yüklə yüklənərkən, aşağıda olan yer üzü bunun əksinə olaraq pozitiv yüklənir. Fırtına və külək zamanı buludların alt qatındakı neqativ yüklənmə artır, buna paralel olaraq buludlarla yer üzü arasındakı məsafədə pozitiv yüklənmə də güclənir. Beləliklə buludlarla yer üzü arasında artan potensial fərq boşalma əmələ gətirir ki, bu da ildırımdır. Əgər bu boşalma buludla bulud arasında baş verirsə, bu hadisə ildırım deyil şimşək adlanır.

 

Qurbanlar

 

Onu qeyd etmək lazımdır ki, ildırımın düşdüyü və ya onun vurduğu yerdə izi qalır. Bundan başqa müxtəliv vaxtlarda ildırımla əlaqəli bir sıra sirli hadisələrin də baş verməsinə dair faktlar mövcuddur.

Alimlərin təxminlərinə görə, hər gün minlərlə ildırım və şimşək çaxır. Hesablamalara görə, hər saniyədə dünyanın müxtəlif nöqtələrini 100-dək ildırım vurur. Fırtına, qasırğa, tufan kimi təbiət hadisələrilə müqayisədə ildırımvurmadan ölən insanların sayı daha çoxdur. Hər il ildırımvurmadan Avropa ölkələrində 100-dək insan ölür. ABŞ-da da hər il eyni sayda insan sözügedən təbiət hadisəsinin qurbanına çevrilərək dünyasını dəyişir. Bundan başqa,  hər il yüzlərlə insan ildırımvurmadan müxtəlif bədən xəsarəti alır. Çox maraqlıdır ki, eyni situasiyya duşən kişilər qadınlarla müqayisədə daha tez ildırımvurmaya məruz qalıblar.

İldırımvurma zamanı insanlar nə hiss edirlər? Təbiət şıltaqlığının qurbanı olmuş şəxslərin dediyinə görə, ildırımvurma hər kəsdə bir cür hiss edilir. Xəsarət alanların bəziləri bildirirlər ki, həmin hadisə zamanı sanki onların barmaqlarını elektrik açarına qoşurlar. Digərləri deyir ki, ildırım vurarkən elə bil onlar ayaqlarından yerə mıxlanmış vəziyyətdə olublar, bədənlərinin bütün hissələrinə isə sanki iti iynələr sancılırmış. Bunlar ildırımın zərbəsindən xilas olanların söylədikləridir. İldırım zərbəsinin tam mərkəzinə tuş gələn insanların isə sağqalma ehtimalı sıfıra bərabərdir və onlar yerindəcə tamamilə yanıb külə dönürlər.

İldırım insalar kimi digər canlıları-heyvanları da vurur.

 

Digər planentlərdə də ildırım çaxır

 

İldırım adətən hündür qüllələri, tək ağacları vurur. Ona görə də göy gurultusu baş verən, idlırım və şimşək çaxan zaman hündur qüllələrin, tək ağacların dibində qalmaq olmaz, dərhal həmin ərazidən uzaqlaşmaq lazımdır. Moskvadakı «Ostankino» teleqülləsini hər il 40-50 ildırım vurur. İldırımlar radio və meteoroloji avadanlıqları da sıradan çıxara bilirlər. Sübut olunub ki, ağaclar arasında ildırımın ən çox vurduğu palıddır.

İldırımlar müxtəlif görüntülü və formalı olur: ipvari, silindirvari, lentəoxşar, əsayabənzər və s. Çox nadir hallarda ildırım kürəşəkilli olur. Alimlər müəyyən ediblər ki, ildırım baş verən zaman onun yarıb keçdiyi zonada havanın temperaturu adi vaxtlarla müqayisədə 30 min dəfə artır. Maraqlıdır ki, ildırım təkcə Yerdə deyil, Venera, Yupiter, Saturn planetlərində də müşahidə elilir. Yer kürəsi ilə buludlar arasında baş verən ildırımlar iki tipə aid edilir: mənfi və müsbət. Müsbət tipə aid ildırımların başvermə göstəricisi 5 faiz təşkil edir, amma onlar çox güclüdür. Alimlərin fikrincə, dünyada baş verən meşə yanğınlarına məhz müsbət dərəcəli ildırımlar səbəb olur.

 

Ən ağır aviaqəza

 

Statistikaya görə, təyyarələr də hər il orta hesabla üç dəfə ildırımvurmaya tuş gəlir. Müasir dövrdə bu, o qədər də qorxulu sayılmır. Amma keçmişdə baş verən belə hadisələrin ağır nəticələri olub. İldırımvurma nəticəsində ən ağır aviaqəza 1963-cü ildə ABŞ-ın Merilend ştatının səmasında baş verib.  Olay zamanı ildırım təyyarənin yanacaq çəninə düşdüyündən, güclü partlayış baş verib. Nəticədə 82 nəfər həlak olub. Məhz bu hadisədən sonra təyyarənin konstruksiyasında dəyişiklik edilib. Artıq müasir avialaynerin ildırımdan qorxusu çox azdır. 

İldırımdan ecə qorunmalı?

 

Əgər siz təsadüfən ildırımla müşahidə olunan tufana düşmüsünüzsə, bu zaman ətrafda daldalanmaq üçün hər hansı bina, maşın olmadıqda onda yaxınlıqdakı tək ağac və ya hasara da yaxınlaşmayın. Təpəlik və digər hündürlükdən də uzaqlaşmaq məsləhətdir. Amma açıq ərazidə qalmaq da düzgün deyil və yaxşı olar ki, bir neçə ağacın altında daldalanasınız. Əgər yaxınlıqda arx, kanal və ya xəndək varsa, ən yaxşısı oraya sığınmaq lazımdır. Bu zaman üzərinizdəki metal əşyaları tullamaq gərəkdir. Evdə olarkən ildırımdan qorxmaq lazım deyil. Amma qapı və pəncərələri bağlamaq tələb olunur. Çünki ildırımın evə daxil olması mümkündür. İldırım çaxan zaman telefonla (simsiz və mobil telefondan başqa) danışmaq olmaz. Bundan başqa metal borulardan yapışmaq, elektrik naqillərində təmir işləri aparmaq da təhlükəli sayılır. Adəm Qorxmaz

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?