Modern.az

Salyanda dəm qazı can aldı - 2 ölü

Salyanda dəm qazı can aldı - 2 ölü

3 Dekabr 2023, 13:47

Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.

 

Modern.az xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüb.

 

Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğludur.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir